AZ

Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər ölüb

​BAKI, 11 may. TELEQRAF

Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, hadisə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus avtobusun Kataragamadan Kurunegalaya səfər etdiyi zaman baş verib.

Avtobus yoldan çıxaraq əsas avtomobil yolunda uçuruma düşüb. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.

Hadisənin səbəbləri isə araşdırılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr