RU

"Əl-Nəsr" Ronaldo ilə danışıqları dayandırıb

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunun “Əl-İttihad”la oyunundan (2:3) sonra “Əl-Nəsrr”ın hücumçusu Kriştiano Ronaldonun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib.

Final fitindən sonra dərhal sonra stadionu tərk edən portuqaliyalı əsəbi jestlər edib və nəticədən narazılığını bildirib.

QOL.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bu vəziyyətdən sonra Ronaldo ilə "Əl-Nəsr" arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb. 

Hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Səudiyyə Ərəbistanı Pro Liqasında sona 3 tur qalmış "Əl-Nəsr" lider "Əl-İttihad"dan 11 xal geri qalır.

Избранный
0
1
teleqraf.com

2Источники