RU

“New York Times”in yazarı Tomas Fridman: İsrail bizim müttəfiqimiz deyil

BAKI. 10 may. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu öz maraqlarını İsrailin və ABŞ-nin mənafelərindən üstün tutur.

Teleqraf xəbər verir ki, bunu “New York Times” (NYT) qəzetinin köşə yazarı Tomas Fridman "Bu İsrail hökuməti bizim müttəfiqimiz deyil" başlıqlı məqaləsində yazıb.

Fridman ABŞ Prezidenti Trampın gələn həftə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə görüş planlaşdırmasını, lakin İsrail Baş naziri Netanyahu ilə görüşmək niyyətində olmamasını Ağ Ev rəhbərinin reallığı artıq qəbul etməsinin göstəricisi hesab edir.

"Hazırki İsrail hökuməti ABŞ-nin bölgədəki əsas maraqlarını təhdid edir. Netanyahu bizim dostumuz deyil. O, İordan çayının qərb sahilini ilhaq etmək, Qəzzadakı fələstinliləri yurd-yuvalarından qovmaq və orada İsrail məskənlərini yenidən qurmaq niyyətindədir", deyə yazar bildirib.

Fridman xatırladır ki, mövcud ABŞ-Ərəb-İsrail ittifaqı 1973-cü ildə keçmiş Prezident Riçard Nikson və keçmiş Dövlət Katibi Henri Kissincer tərəfindən SSRİ-ni bölgədən çıxarmaq məqsədi ilə qurulmuşdur: "Bu struktur o vaxtdan ABŞ-nin geosiyasi və iqtisadi maraqlarına xidmət edib və ittifaq ABŞ ilə İsrailin "iki dövlətli həll" öhdəliyinə əsaslanıb".

Fridman qeyd edir ki, İsrail ilə Səudiyyə Ərəbistanı arasında fələstinlilərlə iki dövlətli həll səyinə əsaslanan münasibətlərin normallaşması bütün müsəlman dünyasını israilli turistlərə və investorlara açıq olacağını şərtləndirir: "Həmçinin yəhudilər və müsəlmanlar arasında qlobal gərginliklər azalacaq və bölgədə ABŞ-nin üstünlüyü möhkəmləndirəcək. Netanyahu isə öz maraqlarını İsrailin və ABŞ-ın maraqlarından üstün tutur. O, 2 il ərzində hamını aldadıb. Tərəflər artıq İsrailin bu sazişdə yer almasını gözləmir. Netanyahu Qəzzaya yenidən girməyə hazırlaşır və Fələstin xalqını bir tərəfi Aralıq dənizi, digər tərəfi Misir sərhədi olan dar bir küncə sıxışdırmağı planlaşdırır. Bu reallaşsa, İsrailə qarşı "davamlı müharibə cinayətləri" ittihamı gündəmə gələcək".

Fridman həmçinin, İsrailli hərbi ekspert Amos Harelin "İsrail ordusu əsgər itkisini minimuma endirmək məqsədilə daha aqressiv bir güc istifadə etməyi planlaşdırır. Bu da Qəzzadakı mülki infrastrukturun tamamilə məhvinə səbəb ola bilər" şərhini diqqətə çatdırıb.

"Bu, baş verərsə, Qəzzada humanitar fəlakət son həddə çata bilər. Netanyahunun beynəlxalq hüquq qarşısında mühakimə olunması qaçılmaz ola bilər. İsrailin addımları ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri İordaniya və Misirin də səbr kasasını daşırır", - deyə müəllif bildirir.

Избранный
0
teleqraf.com

1Источники