RU

"Bu cür qalibiyyətlərlə oyunumuzu göstərməliyik" - Samir Abasov

“Neftçi” Misli premyer-liqasının 34-cü turunda “Turan Tovuz”u məğlub etdi - 2:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov görüş haqda fikirlərini bildirdi.

- Heç bir hədəfi olmayan komandanı motivasiya etmək nə dərəcədə çətindi?
- Çox çətindi. "Altı nömrə" yoxdu. Onları hazırlayıb oyunlara çıxarmaq çətindi. Rəqibin situasiyası bizim üçün önəmlidi. Heç kimi rahatlıqla udmamışıq. Meydana çıxanda bu təzyiqi görəcəyik.

- “Neftçi” azarkeşləri sizdən açıqlama gözləyir. Növbəti mövsümün planları cızılıbmı?
- Planlar da var. Bunlar danışılır. “Neftçi”nin azarkeşinə söz də deməyinə ehtiyac yoxdu. O qədər vədlər eşidiblər. Bu cür qalibiyyətlərlə oyunumuzu göstərməliyik.

- Ötən yay xəbərlər yayılırdı ki, Samir Abasov “Neftçi”dən təklif alıb. Həmin vaxt gəlsəydiniz, “Neftçi”nin vəziyyəti necə olardı?
- Bəlkə bundan da pis ola bilərdi. Gələcəyimizi quracağıq.

- Üç mərkəz hücumçusu meydana buraxdız…
- Onlar məcburiyyətdən deyildi. Uzunboy futbolçuları oyunda saxlamaq istəyirik. Rəqibin oyun tərzi məlumdu. Üç hücumçu olsaydı, oynayacaqdı. Rəqibin müdafiəsinə təzyiqlər yaratdılar.

- Oyundan sonra Mahmudovun formasını azarkeşə hədiyyə etdiz…
- Azarkeş məni çağırdı. Elə bildim təhqir edəcək. Emin Mahmudovun formasını olar? Şəhid ailəsinə çatdıracam dedi.

- Aleks bəzi epizodlarda fərdi üslubu hesabına keçidlər edir. Ümumi ansambla uyğunlaşmaması nəynən bağlıdı?
- Tez zamanda gətirdiyimiz futbolçudan çox şey istəyirik. Onun verdiyi qərarlar bəllidi. Oyunun ab-havasını tutmaya bilər.

- Məşqçilər qrupunun yaradılacağı deyilir. Bu sizin işinizi asanlaşdıracaq?
- Həddindən artıq asanlaşdıracaq. Bunun üzərində çalışırıq. Klubdan birlikdə istəyimizdi. Mənə şərait yaratdılar.

- Sizə “Neftçi”də işləmək necə təsir bağışlayır?
- Təzyiq var. Bu işin bir hissəsidi. Siz də, azarkeş də nələrsə deməlidi. Bir öz işimizi görəcəyik.

ƏSƏD SEYİDOV

Избранный
0
football-plus.az

1Источники