RU

ABŞ və Çin İsveçrədə tarif danışıqlarına başlayıb

ABŞ və Çin rəsmilərinin İsveçrədə tariflərin artırılması ilə bağlı artan ticarət gərginliyini həll etmək üçün danışıqlara başladığı bildirilir.

Turkustan.az xəbər verir ki, Çinin Sinxua agentliyinin məlumatına görə, Çinin iqtisadi məsələlər üzrə baş nazirinin müavini Hı Lifınq Cenevrədə ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşüb.

Görüşlərin harada keçirildiyi barədə məlumat verilməsə də, İsveçrənin BMT-dəki daimi nümayəndəsinin iqamətgahında rəsmi nəqliyyat vasitələrinin hərəkətinin olduğu qeyd edilib.

Görüş iki ölkə arasında qarşılıqlı tarif artımından sonra bu məsələ ilə bağlı aparılan ilk danışıqlar olub.

Amerika və Çin rəsmiləri tarif danışıqları üçün bu həftə sonu İsveçrədə görüşmək barədə razılığa gəliblər.

Bildirilib ki, danışıqlarda ABŞ tərəfini maliyyə naziri Bessent və ticarət nümayəndəsi Ceymison Qreer, Çin tərəfini isə baş nazirin iqtisadi məsələlər üzrə müavini Hı Lifınq təmsil edəcək.

Aytən Yaşar/ Turkustan.az

Избранный
0
43
turkustan.az

10Источники