RU

Transfer etmək istədiyi futbolçuların adı məlum oldu

"Real Madrid"ə baş məşqçi təyin olunmağa yaxın olan "Bayer"in çalışdırıcısı Xabi Alonso komandaya qoşulduqdan sonra transferini görmək istədiyi iki futbolçunu klub rəhbərliyinə təqdim edib.

90deqiqe.Az-ın “AS" nəşrinə istinadən verdiyi məlumata görə, ispan mütəxəssis “Real Sosyedad”ın 26 yaşlı yarımmüdafiəçisi Martin Zubimendi və “Bayer”in 29 yaşlı mərkəz müdafiəçisi Conatan Tanın xidmətində maraqlıdır.

Zubimendinin "Arsenal"a transferini asanlaşdıracaq xüsusi şərti müqaviləsində yer alsa da, onun "Real Madrid"ə keçidi çətin görünür. Lakin futbolçunun özü "Kral Klubu"nda oynamaq arzusunu açıq şəkildə ifadə edərsə, vəziyyətin dəyişə biləcəyi qeyd olunur.

Daha çox ehtimal olunan seçim Tanın İspan nəhənglərinə gəlməsidir, çünki onun "Bayer" ilə müqaviləsi gələn ilin yayında başa çatır, buna görə Los Blancos onu pulsuz imzalaya bilər.

Избранный
0
90deqiqe.az

1Источники