RU

Türkan qəsəbəsində kompleks damcı suvarma layihəsinə start verilib


"Gilan Pivot" şirkəti ilə "Grand-Agro" MMC arasında damcı suvarma sistemlərinin layihələndirilməsi və qurulması üzrə müqavilə imzalanmışdır.

Operativ Media xəbər verir ki, "Grand-Agro" MMC ilə əməkdaşlıq çərçivəsində iki fazalı layihənin birinci fazasında "Gilan Pivot" şirkəti tərəfindən Türkan qəsəbəsində şirkətə məxsus 254 hektar torpaq sahəsində müasir damcı suvarma sistemlərinin qurulması üzrə işlərin icrasına start verilib.

Damcı suvarma layihəsinin təyinatında su resurslarından səmərəli istifadə, əkin sahələrinin məhsuldarlığının arıtırlması və müasir aqrotexniki tələblərə cavab verən infrastrukturun yaradılması dayanmaqdadır. 

Layihənin ikinci fazasında isə müasir damcı suvarma sistemlərinin qurulması ilə yanaşı şirkətimiz partnyorumuzun 150 hektarlıq ərazisini yüksək keyfiyyətli suvarma materiallarının tədarükü ilə təmin edəcəkdir.

Избранный
0
operativmedia.az

1Источники