RU

Putinin qarşısına şərt qoydu: Səninlə söhbət etmək üçün…

Almaniyanın yeni seçilmiş kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinlə söhbətin mümkünlüyünü istisna etmir. Ancaq bunun bir şərti var.

Publika.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib.

Merz qeyd edib ki, Ukraynada atəşkəs olacağı təqdirdə Rusiya lideri ilə danışa biləcəyini istisna etmir.

"Əgər bu, münaqişənin dayandırılmasına kömək edərsə, mən çox şey etməyə hazıram. Amma əvvəlcə başa düşməliyik ki, bu həftə sonundan sonra atəşkəs məqsədinə nail ola bilək", - kansler vurğulayıb.

Merzin sözlərinə görə, indi hər şey Rusiyadan asılıdır. “Rusiya prezidenti Vladimir Putin bizim təklifimizə cavab verməlidir”, - Almaniya kansleri əlavə edib.

Избранный
0
publika.az

1Источники