RU

"Arsenal" yeni transfer edir

style='margin-bottom:10px;'>

"Arsenal" yeni transferə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, "Real Sosyedad"dan Martin Zubimendinin London klubuna keçəcəyini bildirib. Tərəflər arasında razılıq əldə olunub və tezliklə transferin açıqlanacağı gözlənilir.

Daha əvvəl mətbuatda ispaniyalı yarımmüdafiəçi ilə "Real" və "Mançester Siti"nin də maraqlandığı xəbəri yayılmışdı.

Bu mövsüm Zubimendi bütün yarışlarda 44 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında futbolçunun dəyəri 60 milyon avrodur.

Избранный
0
2
teleqraf.com

3Источники