RU

DİQQƏT! Qlobal aktorlar hərəkətə  keçdi - Nüvə müharibəsi riski artır

“Hindistan və Pakistan arasındakı gərginliyin tarixi kökləri bir neçə onillikləri əhatə edir və əsasən Kəşmir məsələsi ilə bağlıdır. Münaqişə tərəflərinin hər ikisinin nüvə silahına sahib olması bu gərginliyi daha da təhlükəli edən önəmli faktordur.  Ona görə də, bu iki ölkə arasındakı gərginliyin hərbi qarşıdurma həddinə çatması qlobal sülh üçün ciddi təhdidləri özündə ehtiva edir”
Bunu Moderator.az-a açıqlamasında  politoloq  Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, qlobal aktorların qarşıdurmanın daha da genişlənməsində maraqlı olduğunu nəzərdə aldıqda bu təhdidlər olduqca ciddi xarakter ala bilər:
“Belə ki, Çin geosiyasi və iqtisadi maraqları nisbətində Hindistan və Pakistan arasındakı gərginliyin aradan qaldırılmasında fəal rol oynaya biləcək aktorlardan biridir. Ona görə də, hərbi qarşıdurma genişləndiyi təqdirdə təbii ki, Çin kimi qlobal güclər öz maraqlarını qorumağa çalışa və beləliklə də, hadisələrə müdaxilə etməkdən başqa seçim şansı olmaya bilər. Digər tərəfdən isə ən çox müzakirə edilən məsələlərdən biri iki potensial nüvə dövləti arasında yaranmış gərginliyin nüvə müharibəsinə çevrilmə potensialının olub-olmaması ilə bağlıdır. İstisnasız olaraq onu qeyd etmək lazımdır ki, Hindistan və Pakistan arasında baş verə biləcək nüvə müharibəsi çox təhlükəli nəticələri ola biləcək ciddi məsələdir”.
 
Politoloq hesab edir ki, mövcud şəraitdə yaranan gərginlik nüvə müharibəsinə səbəb olacaq nəticələri özündə ehtiva etsin:
 “Ümumiyyətlə, analoji münaqişələr zamanı nüvə silahlarının istifadəsi yalnız ən ekstremal vəziyyətdə baş verə bilər, çünki belə bir addım dünya miqyasında məhvedici nəticələrə səbəb olar. Nəticə etibarilə, nüvə müharibəsi riskinin artması halında beynəlxalq təzyiqlərin və vasitəçilik cəhdlərinin də paralel olaraq artacağı ehtimalı istisna edilməməlidir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda qlobal aktorlar, xüsusilə də Amerika  Birləşmiş Ştatları, Çin, Rusiya və ya Avropa İttifaqı kimi güc mərkəzləri münaqişənin genişlənməməsi və daha böyük bir müharibəyə çevrilməməsi üçün bütün diplomatik təzyiq vasitələrindən istifadə edə bilərlər”.
 
Mehin Mehmanqızı
Избранный
0
moderator.az

1Источники