Dünya rekordçusu olan üzgüçü Cordan Kruks 22 yaşında karyerasını dayandırmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Swimswam.com” məlumat yayıb.
“Bu üzgüçülük səyahətinə dəstək olan Kayman Adaları, Tennessi Universiteti, ailə və dostlara təşəkkür edirəm. İndi yarışlardan uzaqlaşıram.
Mən həyatın təklif etdiyi hər şeyi kəşf etməyi səbirsizliklə gözləyirəm. Tezliklə görüşərik”, – idmanı bildirib.