Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda danışıqlar aparılır.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, danışıqların hazırkı formatı özünü doğruldur və tərəflər dialoqu vasitəçilərin iştirakı olmadan davam etdirmək niyyətindədir.
“Rusiyanın vasitəçiliyinə ehtiyac görmürük”, - Qriqoryan qeyd edib.