Bakı. Trend:
ABŞ gələn həftə Çindən idxal olunan mallara rüsumların 145faizdən 50 faizə endirilməsini elan etməyi düşünür.
Trend-inməlumatına görə, bu barədə "New York Post" qəzeti mənbələrəistinadən xəbər verib.
"Danışıqlar zamanı onları 50 faizə endirmək niyyətindədirlər", -deyə nəşrin həmsöhbəti bildirib.
Qeyd edilib ki, ABŞ və Çin nümayəndələri arasında ticarətdanışıqları həftənin sonunda İsveçrədə başlayacaq. ABŞ rəsmilərirazılığın əldə olunması prosesinin uzun sürəcəyini düşünürlər.