RU

Mahir Emreli bu gecə “Fortuna” ya da qol vuracaq?

Bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 31-ci tur oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Hazırda turnir cədvəlində "Fortuna" 48 xalla 6-cı, "Nürnberq" isə 44 xalla 8-cidir. Bu komandalar arasında 2024-cü ilin dekabr ayında keçirilən son oyun 2:2 hesabı ilə yekunlaşıb.

Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 20 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini verib.

Mahir 2-ci Bundesliqanın son 2 oyununda 3 qol vurub.

Избранный
15
49
sportinfo.az

10Источники