EN

Sabah 28 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksəkdağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabirduman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti,dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Chosen
0
49
az.trend.az

10Sources