EN

Naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olun, təhlükə var

Bank kartlarından oğurluqlar davam etməkdədir. Kartın üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Mayın 22-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 1500, 392, 380, 240, 100, 61, 40 manat pul vəsaitləri oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, belə zənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Chosen
0
31
xalqqazeti.az

10Sources