EN

Rubio: ABŞ Ukraynaya silah göndərir, amma münaqişə başa çatmalıdır

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Ukraynaya silah göndərir, lakin hesab edir ki, münaqişə başa çatmalıdır.

APA xəbər verir ki, Rubio bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

“Hazırda biz onlara yardım edirik, lakin müharibə bitməlidir,” – deyə dövlət katibi qeyd edib.

O əlavə edib ki, ABŞ Kiyevi dünyada hər kəsdən daha çox dəstəkləyir.

Chosen
0
1
apa.az

10Sources