EN

Tramp 200 mindən çox ukraynalını deport etməyə hazırlaşır

Donald Tramp administrasiyası xarici yardım fondlarından təxminən 250 mln dolları müvəqqəti qorunan statusa (TPS) malik şəxslərin deportasiyasına yönəltmək barədə layihə hazırlanıb, The Washington Post bu barədə Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərdə 200 000-dən çox ukraynalı və 500 000 -gaityanının, həmçinin Əfqanıstan, Fələstin, Liviya, Sudan, Suriya və Yəmən vətəndaşlarının deportasiya olunacağı bildirilir.

BMT-nin miqrasiya üzrə agentliyi bu ölkələrə geri qaytarılma cəhdlərini dəstəkləmədiyini deyib.

Layihədə köçkünlərə ABŞ-da kömək və vətənə könüllü qayıdış üçün nəzərdə tutulan xüsusi xarici yardım hesabından vəsaitlərin ayrılması təklif olunur.

Sənədlər «preliliminary» (preliminar) kateqoriyasına məxsusdur.

DHS sözçüsü Trişa Makklaflin bu layihələri köhnəldiyini və Daxili Təhlükəsizlik Naziri Kristi Noem-in ukraynalılar və gaityanılar üçün TPS barədə son qərar vermədiyini bildirib.

Buna baxmayaraq, keçən həftə DHS və Dövlət Departamenti eyni proses üzrə vəsaitin 250 mln dollar olduğunu göstərən saziş imzalayıb, lakin konkret dövlətlər qeyd olunmayıb.

N.Təbrizli

Chosen
0
9
anews.az

10Sources