AZ

Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək

Ajans.az xəbər verir ki, bu barədə “Washington Post” daxili sənədlərə istinadən yazır. “Tramp administrasiyası 700 min ukraynalı və haitili miqrant da daxil olmaqla, aktiv münaqişə zonalarından insanların deportasiyası və geri qaytarılması üçün 250 milyon dollara qədər xarici yardımdan istifadə etməyi planlaşdırır”, - bəyanatda deyilir. Ukrayna və Haitidən olanlarla yanaşı, Əfqanıstan, Sudan, Liviya, Yəmən və digər ölkələrin vətəndaşları da deportasiya oluna bilər. Qeyd olunur ki, təşəbbüs ənənəvi olaraq bu cür prosedurları əlaqələndirən Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) yan keçə bilər. Daha əvvəl bildirilmişdi ki, ABŞ prezident administrasiyası fəaliyyətinin ilk ili ərzində bir milyona qədər miqrantı deportasiya etmək niyyətindədir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
9
Ajans.az

10Mənbələr