EN

Azərbaycan klubu braziliyalı voleybolçunu transfer edib

Bakı, 20 may, AZƏRTAC

Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “DH Volley Baku” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisi Sonali Monteironun keçidini rəsmiləşdirib.

Braziliyalı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Chosen
0
5
azertag.az

10Sources