EN

Pakistanla Hindistan razılaşdı: Qoşunlar bu mövqelərə çəkilir

Pakistan və Hindistan hərbi əməliyyatların dayandırılmasından sonra mayın 30-dək qoşunlarını sülh dövründəki mövqelərə çıxarmaq barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Daily Times” məlumat yayıb.

Bildirilib ki, rəsmilər ABŞ və digər vasitəçi ölkələrin diplomatik səylərinin qərara töhfə verdiyini bəyan edib. Onlar, bu qərarı atəşkəsin ikinci mərhələsi kimi qiymətləndiriblər.

Hesab edilir ki, bu, son sərhəd döyüşləri səbəbindən gərginləşən ikitərəfli əlaqələrdə ümidverici irəliləyişdir./publika.az

Chosen
0
2
turkustan.az

10Sources