EN

Növbəti köç karvanı Kəngərli kəndinə çatdı, açarlar təqdim edildi - YENİLƏNİB

Kəngərlidə 207 nəfərdən ibarət 50 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
 
Moderator.az xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
 
13:19
 
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.
 
Qeyd edək ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Chosen
0
27
moderator.az

10Sources