Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Kürd kəndində yaşayan vətəndaş Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Far.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.