EN

Bu ölkələrdən İsrailə çağırış

İngiltərə, Fransa və Kanadanın hazırladığı və bir çox Avropa ölkəsinin də qatıldığı birgə bəyanatda İsraildən Qəzzaya hücumlarını dərhal dayandırması və humanitar yardıma icazə verməsi istənilib.

"Biz İsrail hökumətini Qəzzada hərbi əməliyyatlarını dərhal dayandırmağa və humanitar yardımın Qəzzaya daxil olmasına icazə verməyə çağırırıq", - bəyanatda deyilir. 

Bəyanatda həmçinin məhbusların azadlığa buraxılması istənilib və İsrail hökumətinin Qəzzada mülki şəxslərə humanitar yardım göstərməsinə mane olmasının beynəlxalq humanitar hüququn pozulması riski olduğu bildirilib.

İsrail hökumətinin rəsmilərinin Qəzzalıları didərgin salmaq üçün verdiyi açıqlamalara toxunaraq, "İsrail hökuməti üzvlərinin istifadə etdiyi nifrət dolu dili qınayırıq" deyilib. Qeyd olunub ki, məcburi köçkünlük beynəlxalq humanitar hüququn pozulmasıdır.

Eyni zamanda İsrailin İordan çayının qərb sahilində Fələstin torpaqlarını ələ keçirməsinə də toxunulub.Məlumatda ABŞ, Qətər və Misirin atəşkəs üçün atdığı addımlar dəstəklənərək, atəşkəs və məhbusların azad edilməsinin mülki əhalinin əzablarına son qoyulması və uzunmüddətli siyasi həllin təmin edilməsində ən mühüm addım olduğuna diqqət çəkilib.

Qəzzanın gələcəyi ilə bağlı ərəb ölkələrinin nəzərdə tutduğu plana uyğun olaraq İngiltərə, Fransa və Kanadanın işini davam etdirəcəklərini ifadə edərək, "İki dövlətli həllə töhfə verəcək Fələstin dövlətini tanımağa və üzərində işləməyə hazırıq" deyə bildirib. 

Londonda keçirilən Böyük Britaniya - Avropa İttifaqı (Aİ) Zirvə toplantısının ardından Böyük Britaniya, Avstraliya, Kanada, Yaponiya və Yeni Zelandiya da daxil olmaqla bəzi Aİ ölkələrinin imzaladığı bəyanatda, "Qəzza aclıqla üz-üzədir. Qəzza xalqı təcili olaraq ehtiyac duyduqları yardımı almalıdır" ifadələri işlədilib. 

İsrailin Qəzzaya yardımın girişini əngəlləməzdən əvvəl humanitar yardım edənlərin bölgəyə yardım çatdırmaq üçün həyatlarını riskə atdıqları xatırladılan bəyanatda, "İsrail təhlükəsizlik kabineti Qəzzaya BMT və humanitar yardım tərəfdaşlarımızın dəstəkləməyəcəyi yeni bir yardım modelini təsdiqlədiyini açıqladı. (BMT və humanitar yardım aktyorları) İnsani prinsiplərə hökumət etməyən humanitar tənzimləmədə iştirak etməyəcəklərini açıq şəkildə bildirdilər", - deyə bildirilib.

İmzalayan ölkələr İsrail hökumətini Qəzzaya yardımın tam şəkildə daxil olmasına icazə verməyə çağırıb və lazımi dəstəyi vermək öhdəliyini təkrarlayıb.

Chosen
0
cebheinfo.az

1Sources