Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmasların nəticələri onu deməyə əsas verir ki, hazırda iki danışıqlar qrupu yaradılır: biri Ukraynada sülhün əldə edilməsinə yönəlmiş Rusiya-Amerika, ikincisi isə münaqişənin davam etdirilməsində maraqlı olan Ukrayna-Avropa.
Bu fikri Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev öz Telegram kanalında bildirib.
Kosaçev vurğulayıb ki, Avropa qüvvələri Trampı Rusiyaya təzyiq obyekti kimi baxan qruplarının tərəfinə çəkməyə çalışır. Bununla belə, ABŞ prezidenti, senatorun qeyd etdiyi kimi, Rusiya Federasiyasının beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti olduğunu, onunla yalnız bərabər şərtlərdə dialoqun mümkün olduğunu etiraf edən ilk Qərb siyasətçilərindən biri olub.
Cavid