EN

Koçaryan: “Paşinyan Əliyev və Ərdoğanın qulluqçusu kimi davranır”

Ermənistanın baş naziri Nikol Paşinyan Tiranada keçirilən tədbir zamanı Prezident İlham Əliyevlə görüşmək üçün etdiyi hərəkətlər bu ölkədə müzakirə mövzusu olaraq qalır.

Tribunainfo.az xəbər verir ki, müxalifət onun hərəkətini tənqid edir.

Sakinlər isə danışıqsız sülh olmadığını qeyd edir və Paşinyanın doğru addım atdığını bildirirlər.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş verənlərdən utandığını qeyd edib. “Nikol Paşinyanın Əliyev və Ərdoğanla olan münasibətləri ağa ilə qulluqçu arasındakı münasibətlərə bənzəyir. Onun hərəkəti utancverici idi”.

Koçaryanın yaxın adamı, Yerevan.today saytının rəhbər Sevak Hakopyan isə qeyd edib ki, Paşinyan Əliyevlə görüşməməlidir. “Nikolun Əliyevlə ilk görüşü piyada, sadəcə liftdə olub və başımıza gələnləri gördük. Nikolun Əliyevlə istər ayaq üstə, istər diz üstə, istər stol arxasında, istərsə də əlil arabasında görüşü fəlakətlidir”.

Fərda Uğur

Chosen
0
tribunainfo.az

1Sources