EN

"!Brent" neftinin qiyməti kəskin düşə bilər

Avropa Komissiyası Brent markalı neftin bir barelinin qiymətinin 2025-ci ildə 67,7 ABŞ dollarına, 2026-cı ildə isə 64 dollara düşəcəyini proqnozlaşdırır.

Stat.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaz iqtisadi proqnozuna dair hesabatda məlumat verilib.

Payız proqnozuna əsasən, qiymətlər müvafiq olaraq 73,1 və 71,5 dollar səviyyəsində qiymətləndirilir.

Komissiya hesab edir ki, neft qiymətlərinin azalmasına əsas təsir edən amil ABŞ-ın ticarət tarifləri ilə bağlı qeyri-müəyyənlikdir.

Chosen
0
2
sitat.info

3Sources