Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığı iki saatdan çox davam edib.
“Kommersant” xəbər verir ki, Putin Trampla söhbətini bitirdikdən sonra media önünə çıxıb.
O, ABŞ Prezidenti ilə söhbətinin məzmununu qısaca açıqlayıb.
Qeyd edək ki, bu, Amerika liderinin prezident kimi fəaliyyətə başlamasından sonra onlar arasında baş tutmuş üçüncü telefon danışığıdır. Kreml danışıqların nəticələri barədə məlumat verəcəyini vəd edib. Tramp isə daha əvvəl bildirmişdi ki, o, Ukraynadakı münaqişəni, o cümlədən ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini Putinlə müzakirə etmək niyyətindədir.
**19:45
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının hələ də davam etdiyini təsdiqləyib.
Bu barədə “The New York Times” məlumat yayıb.
**18:43
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Bu barədə “Reuters” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
"Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı aparılır", - məlumatda bildirilib.
Daha əvvəl Putinlə Tramp arasındakı telefon danışığının Bakı vaxtı ilə saat 18:00-a planlaşdırıldığı bildirilmişdi. Tramp əvvəlcə rusiyalı həmkarı ilə danışacağını, sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini söyləmişdi. Bununla belə, Amerika liderinin Putinlə danışıqlardan əvvəl artıq Ukrayna prezidentinə zəng etdiyi məlum olmuşdu. Ağ Ev rəhbəri daha sonra NATO üzvləri ilə danışıqlar aparacağını da bildirib. O danışıqlarda Zelenski də iştirak edəcək.