Ajans.az xəbər verir ki, yolsalma mərasimi Lökbatanda məcburi köçkünlər üçün tikilmiş “Qobupark-3” yaşayış kompleksinin qarşısından başlayacaq. Kəngərli kəndində ümumilikdə 2544 nəfərin yaşaması planlaşdırılıb. Layihələndirilən ərazi 177 hektardan çoxdur.
Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 iki, üç, dörd və beşotaqlı fərdi ev inşa olunub. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.