Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, Rusiyanın Qazaxıstan vasitəsilə Çinə neft tədarükü 2,5 milyon ton artırıla bilər...
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşri məlumat yayıb.
Novak qeyd edib ki, bu təklif Çin tərəfdən gəlir və Rusiya belə tədarükləri verməyə hazırdır. Amma bu, Qazaxıstanda boru kəməri nəqliyyatı sahəsində müəyyən texnoloji tədbirlərin həyata keçirilməsini tələb edir.
Baş nazirin müavini bildirib ki, hazırda bununla bağlı iş aparılır.
Poliqon.info