EN

Çıxarışlı və çıxarışsız mənzillər üçün ipoteka kreditləri: 15%-dən başlayan ilkin ödənişlə

Kapital Bank müştərilərinə partnyor tikinti şirkətlərindən alınan çıxarışlı və çıxarışsız mənzillər üzrə sərfəli ipoteka kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, ipoteka kreditinin məbləği minimum 20 000 AZN-dən başlayaraq maksimum 500 000 AZN-ə qədər təklif olunur.

İlkin ödəniş məbləği 15%-dən, illik faiz dərəcəsi isə 16.5%-dən başlayır. Müştərilər kredit kalkulyatoru vasitəsilə aylıq ödənişlərini əvvəlcədən hesablaya və onlayn müraciət imkanı ilə ipoteka kreditinə rahat şəkildə sahib ola bilərlər.

Bu ipoteka proqramı çərçivəsində Kapital Bank ilə əməkdaşlıq edən partnyor tikinti şirkətlərindən mənzil əldə etmək mümkündür. Həm çıxarışlı, həm də çıxarışsız mənzillər üzrə kredit rəsmiləşdirilməsi mümkündür.

Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/partner/list

Fuad Mədətov
Finss.az

Chosen
0
40
fins.az

10Sources