EN

FT: Aİ ölkələri 150 milyard avroluq silah fondu yaradır

Avropa İttifaqı ölkələri 150 milyard avro dəyərində silah alışını maliyyələşdirmək üçün kredit fondu yaratmaq barədə razılığa gəliblər.

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən yazıb.

"Avropa İttifaqının paytaxtları blokun ümumi büdcəsindən maliyyələşdiriləcək 150 milyard avro məbləğində silah alışı üçün kredit fondu yaratmağa razılaşıblar", deyə nəşr qeyd edib.

Nəşrin mənbələri qeyd edir ki, qərar mayın 19-da qəbul edilib və saziş rəsmi olaraq mayın 21-də imzalanacaq.

Martın 19-da Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Daha sonra sənədin adı bir sıra Aİ ölkələrinin etirazları ilə daha az aqressiv olana - "Hazırlıq 2030"a dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. 

Vəsaitlərin böyük hissəsinin Avropa dövlətlərinin büdcələrindən alınması təklif edilir (təxminən 650 milyard avro), daha 150 milyard avronun kreditlər şəklində istifadəsi planlaşdırılır, AK isə Aİ ölkələri üçün büdcə güzəştləri vermək, habelə regional inkişaf üçün nəzərdə tutulmuş vəsaitləri hərbi xərclərə yönəltmək niyyətindədir. Bundan əlavə, "Hazırlıq 2030" Aİ ölkələrinin müdafiə xərclərini ÜDM-in 1,5%-i qədər artırmağı təklif edir.

Samir
 

Chosen
0
34
hit.az

10Sources