EN

Rumıniyanın yeni prezidenti KİMDİR...

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuzor Dan 53,93 faiz səslə qalib gəlib.

Modern.az xəbər verir ki, məlumat ölkənin Seçki Komissiyasının saytında dərc olunub.

Onun rəqibi, ifrat sağçı namizəd Corc Simion təxminən 8 faiz geridədir. (46,07% səs).

Nikuşor Dan 6 milyondan çox səs toplayıb. "Sabah Rumıniya yeni mərhələyə başlayır və sizin hər birinizə ehtiyacınız var", - deyə namizəd qələbəsini elan edib.

Rumıniyanın "Hotnews" nəşrinin məlumatına görə, Buxarest merinin qələbəsi məlum olduqdan sonra şəhərin küçələri Danın adını və “Rusiya, unutma, Rumıniya sənin deyil!” deyə qışqıran insanlarla dolub.

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı namizəd George Simion qalib gəlib. Bülletenlərin 100 faizi hesablandıqdan sonra siyasətçi 40,96 faiz səs toplayıb. Simion Rumınların Birləşməsi Alyansını təmsil edir.

Riyaziyyat üzrə doktor, bu sahədə beynəlxalq olimpiadaların qalibi olan 55 yaşlı N.Dan paytaxt Buxarestin meridir. O, Avropa İttifaqı ilə sıx əlaqələrin və Ukraynaya dəstəyin davam etdirilməsinin tərəfdarıdır.

Chosen
0
2
modern.az

10Sources