EN

Makronun Avropa sammitində çəkilmiş şəkli ələ salındı

BAKI, 19 may. TELEQRAF

Fransa Patriotlar Partiyasının lideri Florian Filippo Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitində çəkilmiş şəklə görə ölkə prezidenti Emmanuel Makronu ələ salıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

"Tapın görək, özünə tamamilə aşiq olan, axmaq məmnunluq hissi ilə iki baş barmağını yuxarı qaldıran yeganə səfeh kimdir?!" - Filippo istehza edib.

Siyasətçi yazısına Avropa Siyasi Birliyinin sammitində ölkə liderlərinin birgə şəklini əlavə edib. Florian Filippo Makronun jestini rəsmi tədbir üçün yersiz, axmaq hərəkət adlandırıb.

Chosen
0
teleqraf.com

1Sources