EN

Göyçayda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Göyçayda avtomobil piyadanı vurub.

APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi “VAZ” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub . Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Chosen
0
8
sherg.az

9Sources