Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sürücü Yasin Yaqubov idarə etdiyi “VAZ” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yerli büromuza bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media, Aran bürosu