EN

Metropoliten vaqonlarının hərəkət sürəti belə ola bilər

Metropoliten vaqonları, müəyyən sürət limitlərinə uyğun olaraq hərəkət edə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Düz və əyrilik radiusu 300 metrdən çox olan dəmir yollarında sürət saatda 75 km-dən çox olmamalıdır. Radiusu 300 metr və daha az olan əyrilərdə sürət limitləri daha da aşağıdır. Radiusu 60 metr olan əyrilərdə sürət saatda 15 km ilə məhdudlaşır. 100 metrlik radiusda sürət saatda 30 km-ə qədər ola bilər. 300 metrlik radiusda isə maksimum sürət saatda 60 km-dir.

 

Chosen
0
heftelik.az

1Sources