EN

Rusiyanın bu əməlini ifşa etdik - Rumıniya

Rumıniya hakimiyyəti rəsmi olaraq Rusiyanı prezident seçkisinə növbəti müdaxilədə ittiham edib.

Axar.az xəbər verir ki, bunu Rumıniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Tarnea X şəbəkəsində yazıb.

O bildirib ki, sosial şəbəkələrdə ölkədəki seçki prosesinə təsir edə biləcək saxta xəbər kampaniyasını qeydə alırlar:

"Rumıniyada keçirilən prezident seçkisi zamanı yenidən Rusiyanın müdaxiləsinin əlamətlərini görürük. Teleqram və digər sosial şəbəkələrdə saxta xəbərlər kampaniyası seçki prosesinə təsir göstərmək məqsədi daşıyır. Bu gözlənilən idi və hakimiyyət saxta xəbərləri ifşa etdi".

Chosen
0
5
axar.az

10Sources