Ajans.az xəbər verir ki, bu nəticələr “Avangarde” Sosial-Davranış Araşdırmaları Qrupu tərəfindən məlumatlara əsasən açıqlanıb və yalnız Rumıniya ərazisində yerləşən seçki məntəqələrində verilmiş səsləri əhatə edir. Xaricdə yaşayan rumınların, diasporanın səsi hələlik bu statistikaya daxil edilməyib. Qeyd edək ki, 2025-ci il prezident seçkiləri Rumıniya üçün mühüm əhəmiyyət kəsb edir. Namizədlər arasında ciddi ideoloji fərqlər mövcuddur. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, euroskeptik mövqe göstərir.

Diasporadan gələn səslərin yüksək iştirakı yekun nəticələrə əhəmiyyətli təsir göstərə bilər. Seçkilərə qatılmanın yüksək olması da diqqət çəkir.