EN

Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik – XƏBƏRDARLIQ

Mayın 19-dan etibarən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq – bölgələr üzrə proqnoz yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən xəbərə görə, mayın 19-u gündüz saatlarından başlayaraq 20-si səhərədək ölkə ərazisində müşahidə olunacaq küləkli hava şəraiti müşahidə olunacaq. Bununla bağlı sarı və narıncı kateqoriyalı xəbərdarlıq yayılıb. Xüsusilə Bakı və Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə küləyin sürətinin artacağı gözlənilir.

Bakıda və Abşeronda külək 28 m/san-dək güclənəcəkPaytaxt və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8–28.4 m/san-dək çatacağı ehtimal edilir. Bu səbəbdən sakinlərə açıq hava fəaliyyətlərindən uzaq durmaq və təhlükəsizlik tədbirləri görmək tövsiyə olunur.

Bu bölgələrdə şimal-qərb küləklərinin çox güclü olacağı və narahatlıq doğura biləcəyi qeyd edilir.

Chosen
0
9
bizimshow.az

10Sources