Qahirə, 18 may, AZƏRTAC
Somalinin paytaxtı Moqadişonun mərkəzində Damanyo hərbi qarnizonunda intiharçının özünü partlatması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.
AZƏRTAC “əş-Şarq” tv kanalına istinadla xəbər verir ki, qanlı hadisə hərbi hissədə əsgərlərin sıra düzülüşü zamanı baş verib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə