EN

Almaniya və ABŞ Avropada birgə raket istehsalına hazırlaşırlar

Alman konserni “Rheinmetall” və Amerikanın “Lockheed Martin” şirkətləri ATACMS, GMLRS, “Hellfire”, JAGM və PAC-3 raketlərinin istehsalı üzrə birgə müəssisə yaradırlar.

 

Bu barədə “Hartpunkt” nəşri yazıb.

 

Nəşr qeyd edir ki, raketlərin, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi üçün silahların genişmiqyaslı istehsalı ABŞ-dan asılılığı azaltmaq və təchizatı sürətləndirmək üçün Avropada yerləşdirilir.

 

“Rheinmetall”ın baş direktoru Armin Papperger bunun səbəbini ABŞ-da istehsal gücünün Avropadakı tələbatı ödəməyə kifayət etməməsi ilə izah edib: “Bəzən Amerikadan raket almaq üçün on il gözləməli olursan, bu, çox uzun müddətdir”.

Chosen
0
5
senzor.az

10Sources