Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin regiondakı vəziyyəti müzakirə edib, sabit və davamlı sülhün əhəmiyyətini vurğulayıblar.