EN

İtaliya 2022-ci ildən bəri Ukraynaya 3 milyard avro dəyərində silah göndərib

İtaliya Ukraynaya təxminən 3 milyard avro dəyərində silah və sursat tədarük edib.

Operativ Media "Il Fatto quotidiano" qəzetinə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Gido Krosetto parlamentin təhlükəsizlik komitəsinin qapalı iclasında bildirib.

Nəşrin məlumatına görə, söhbət Ukraynanın ehtiyacları üçün xüsusi olaraq alınmış silahlardan deyil, uzun illər ərzində respublikanın silahlı qüvvələrinin anbarlarında artıq olan ehtiyatlardan gedir. Eyni zamanda, mayın 11-də İtaliya Xarici İşlər Nazirliyi məlumat verdi ki, Roma hərbi və humanitar ehtiyaclar üçün birbaşa və Aİ-nin ümumi fondları vasitəsilə Kiyevə 2,5 milyard avro köçürüb.

Chosen
0
19
operativmedia.az

10Sources