
Heftelik.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.
O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.
Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. O, ANS TV, AVTO FM, ARB TV kimi kanallarda çalışıb.