AZ

İcra başçısının müavini istefa verdi

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov vəzifəsindən ayrılıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

R.Məmmədov qeyd edib ki, səhhəti ilə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişi ilə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Ruslan Məmmədov 2023-cü ildə İmişli RİH-in Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və eləcə də, başçının müavini təyin edilmişdi.

Bizim.Media

Seçilən
0
3
bizim.media

10Mənbələr