EN

Tanınmış jurnalist icra başçısının müavini vəzifəsindən azad edildi

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, başqa işə keçib.

R.Məmmədov bu səbəbdən İcra Hakimiyyətindəki işindən ayrılıb.

İmişli Rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.

Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.

Chosen
0
25
publika.az

10Sources