İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, başqa işə keçib.
R.Məmmədov bu səbəbdən İcra Hakimiyyətindəki işindən ayrılıb.
İmişli Rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.
Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.