EN

Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən dətələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstəkolmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbintələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə vəmüştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi iləhəyata keçirilən layihə ötən həftə baş tutub.

İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti iləəməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbintələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlimhissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyətəhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıqsahələrində tətbiq edilən ən son yeniliklərlə tanış olub, onlarımaraqlandıran suallara cavab alıblar.

“CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti və M.V. Lomonosov adınaMoskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçüntəşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəritəcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması vəinkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərinitələbələrlə paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaqşəxsi inkişaf strategiyası da onlara təqdim edilib.

Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onlarınkaryera yolunda daha da irəliləmələrinə yardım etməyi və peşəkarinkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd edək ki, layihələrdavamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədənfaydalana biləcəklər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildirvə Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsiilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişiüçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Chosen
0
31
az.trend.az

10Sources