EN

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günü başlayıb (FOTO)

Bakı. Trend:

Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd TəsərrüfatıSərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan BeynəlxalqQida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") ikinci günü özişinə başlayıb.

Trend xəbərverir ki, ilk gündə olduğu kimi bu gün də sərgiyə böyük maraqmüşahidə olunur.

Belə ki, artıq səhər saatlarından etibarən yerli və xaricisahibkarlar, fermerlər, müxtəlif şirkət nümayəndələri sərgiyəqatılaraq burada nümayiş etdirilən məhsullarla yaxından tanış olmaqfürsəti əldə ediblər.

Qeyd edək ki, bu gün sərgi üzrə heyvandarlıq, süni intellekt vəs. sahələr üzrə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumukeçiriləcək. Forum çərçivəsində müxtəlif panel müzakirələr -"Heyvandarlığın dayanıqlı inkişaf perspektivləri, çağırışlar vəinnovativ yanaşmalar", "Süni intellektin aqrar sahədə tətbiqi"forumları təşkil olunacaq.

Bunlarla yanaşı, "Mərkəzi Asiya və Qafqazda balıqçılıqtəsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının(CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclasıkeçiriləcək.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıqsahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan”sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. SərgilərəAzərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, BirləşmişƏrəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya,Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç,İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan,Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandanşirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan,İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir MilliQrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarınınümayiş etdirirlər.
Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro”sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativtexnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayişolunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika,pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllıkənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimismart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.
Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi dətəmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakulturasahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin vəqabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Bakıda
Bakıda
Chosen
0
4
az.trend.az

7Sources